• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

Yaxın Şərqdə daha bir qarşıdurma: Qəddafinin ölkəsi bölünür

  • Dünya
  • 27 Fevral 2016 16:57
  • 1 612 Baxış
Yaxın Şərqdə daha bir qarşıdurma: Qəddafinin ölkəsi bölünür

Müəmmar Qəddafinin devrilməsindən sonra Liviya bölünmək təhlükəsi ilə üzləşib.

Publika.az xəbər verir ki, inqilabdan sonra Liviyada müxtəlif siyasi qruplar arasında silahlı qarşıdurmalar səngimək bilmir. Hazırda ölkədə qəbilələr və silahlı qruplar arasında nüfuz müharibəsi gedir.

2012-ci ildə keçirilən seçkilərdə hakimiyyətə gələn Milli Quruluş Komissiyası (MQK) ilə Təmsilçilər Məclisinin qurduğu keçid hökuməti arasında ölkənin idarə edilməsi uğrunda mübarizə davam edir.

MQK paytaxt Trablusla yanaşı, Misrata, Qaryan, Zliten, Sabrata və Yafran şəhərlərinə nəzarət edir. Beynəlxalq birlik legitim hökumət kimi MQK-ni tanıyır.

Lakin Təmsilçilər Məclisinin qurduğu keçid hökuməti isə ölkənin qərbindəki Binqazi, Merc, Beyda və Tobruk şəhərlərinə hakimdir.

2014-cü ildə Trablusda keçirilən Konstitusiya Məhkəməsinin qərarı ilə Təmsilçilər Məclisi legitimliyini itirib. Lakin Məclis məhkəmənin Trablusda keçirilməsini əsas gətirərək qərarı tanımaqdan imtina edir.

Liviyada iki tərəf arasındakı qarşıdurma İŞİD-in bu ölkədə nüfuzunun artmasına səbəb olub. Məlumatlara görə, İŞİD-in əlindəki Siirt şəhəri “əmirlik” elan edilib.

Siirt şəhəri devrilmiş prezident Müəmmar Qəddafinin təmsil etdiyi Kazazifə qəbiləsinin vətənidir. Hazırda orada 1500-ə qədər İŞİD döyüşçüsünün olduğu deyilir. Qərb mənbələri isə İŞİD döyüşçülərinin sayının 3 minə qədər olduğunu iddia edir.

Hazırkı situasiyaya görə ekspertlər Liviyanın faktiki bölündüyünü bildirirlər.

Qeyd edək ki, Yaxın Şərqdə daha bir ərəb ölkəsinin – Suriyanın da üç hissəyə bölünəcəyi xəbərləri dolaşır. Dünən bağlanan atəşkəsdən sonra Qərbin Suriyanı Əsəd rejimi, İŞİD və kürdlər arasında bölüşdürəcəyi deyilir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR