
“Əgər Rusiya Suriyada hərbi əməliyyatlara başlamasaydı,
atəşkəs də olmazdı”.
Publika.az xəbər verir ki, bu barədə Rusiya
Dumasının xarici əlaqələr komitəsinin sədri Aleksey Puşkov
deyib.
Onun sözlərinə görə, Rusiya müdaxilə etməsəydi, İŞİD və Ən-Nusra
Dəməşqi işğal edəcəkdi: “Rusiya öz istəyi ilə deyil, Suriya
hökumətinin dəvəti ilə bu addımı atdı”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya
Zaxarova isə Rusiyanın Əsəd rejiminə dəstək vermədiyini
bildirib.
“Biz Əsədi dəstəkləmədik. Lakin biz onu İŞİD-ə qarşı mübarizədə
dəstəkləyirik. ABŞ-ın Dəməşqi vurmaması üçün hər şeyi etdik. Lakin
Dəməşqlə müxaliflərin döyüşündə tərəf olmadıq. Biz Suriyanın
suverenliyini və beynəlxalq haqqını qoruduq”, - deyə o
bildirib.
Asif