“NATO 3.0”a keçid – İttifaq üçün seçim vaxtı
Bizi izləyin

Dünya

“NATO 3.0”a keçid – İttifaq üçün seçim vaxtı

“Latviya və onun qonşuları Rusiyanın təhdidinə qarşı dayanmaq üçün köməyə ehtiyac duyurlar”.

Publika.azpolitico.eu” saytına istinadən xəbər verir ki, Latviyanın Xarici işlər naziri Edqar Rinkeviçs Vaşinqtonda Amerika məmurları ilə görüşündə deyib.

Xarici işlər naziri deyib ki, NATO-nun iyul ayında keçiriləcək Varşava sammitini səbirsizlə gözləyir. O, sammitdə Şərqi Avropa və Baltikyanı ölkələrlə bağlı konkret qərarların qəbul olunacağını deyib. Edqar Rinkeviçs bildirib ki, ittifaqın şərq cəbhəsində yerləşən Latviya müdafiəyə ehtiyac duyur.

Qeyd edək ki, “Rand Corp” analitik mərkəzi ötən ay Amerika zabitləri və mülki məmurların iştirakı ilə hərbi oyunlar keçirib. Hərbi oyunlar arzu edilməyən nəticələrə gətirib çıxarıb. Nəticələrə görə, hazırda NATO-nun Avropadakı gücləri Rusiya ordusuna uduzur. Hərbi oyunlara görə, müharibənin ən ehtimal edilən ssenarisi Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsidir. Əgər Rusiya tankları və piyada qoşunları sabah Baltikyanı ölkələrə daxil olarsa, NATO gücləri üç gün ərzində məğlubiyyətə düçar olacaqlar.

Oyunların nəticəsinə əsasən, NATO gücləri hazırkı vəziyyətdə ittifaqın ən zəif ölkələrinin ərazisini müdafiə etməyə qadir deyil. 2014-2015-ci illərdə stolüstü formatda çoxsaylı hərbi oyunlar oynanılıb. Nəticə bundan ibarət olub ki, Rusiya gücləri 36-60 saat sonra artıq Tallin və ya Riqanın qapılarını döyüb. ABŞ və Baltikyanı ölkələrinin qoşunları, həmçinin Amerika Hərbi Hava Qüvvələri mexanikləşdirilmiş Rusiya hissələrinin hücumunu saxlamağa nail olmayıblar və böyük itkilər veriblər.

Latviyanın xarici işlər naziri 2011-ci ildən bəri NATO-nun siyasətində dəyişikliklərin edilməsi təklifi ilə çıxış edir. Nazir deyib ki, 2014-cü ilin əvvəlində baş verən Krım hadisələrindən sonra NATO onun təkliflərinin üstünə gəlir. NATO üzvlərinin böyük əksəriyyətinin hərbi xərcləri azaltdığını deyən Edqar Rinkeviçs ittifaq üzvlərini ümumi daxili məhsulun 2 faizini hərbi xərclərə ayırmağı təklif edib. NATO-nun tələbinə görə, üzv ölkələr ümumi daxili məhsulun 2 faizini müdafiəyə xərcləməlidir. Hazırda isə 28 dövlətdən yalnız dördü bu tələbi yerinə yetirir. Latviyanın özü isə ümumi daxili məhsulun 1,4 faizini hərbi xərcləyə sərf edir. Ölkə hakimiyyəti bu göstəricini 2018-ci ilə kimi 2 faizə qaldırmağı planlaşdırır.

“Əgər Varşava sazişindən sonra ittifaqın vəziyyəti “NATO 2.0” idisə, ittifaq indi “NATO 3.0”a daxil olmalıdır”, - latviyalı nazir bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm