106 yaşlı qoca Obama ilə ... – VİDEO/FOTO
Bizi izləyin

Dünya

106 yaşlı qoca Obama ilə ... – VİDEO/FOTO

Ağ Evi ziyarət edərək prezident Barak Obama ilə görüşmək arsusunda olan ABŞ sakini Virqiniya MakLauri bu istəyinə nail olduqdan sonra sevincindən ölkə başçısı və xanımıyla rəqs edib.

Publika.az xəbər verir ki, o, Obamayla səmimi və mehriban şəkildə görüşüb. Prezidentin ona ünvanladığı “Necəsiniz?” sualına uzunömürlü qadın “Əla!” cavabını verib.

Obama qadını görməyinə şad olduğunu bildirib. Ardınca “Bunları Mişelə də demək istəyirsiniz?” – deyə qocanı həyat yoldaşının yanına gətirib. Bundan sonra prezident və xanımı Mişel 106 yaşlı Virqiniya MakLaurinin əlindən tutaraq rəqs ediblər.

Obama “106 yaşınızda belə rəqs etmənizin sirri nədədir?” sualı ilə qadına müraciət edib. Virqiniya MakLauri isə prezidentlə görüşünə çox sevindiyini dilə gətirib. Ölkə başçısı və həyat yoldaşı gümrahlığı ilə diqqəti cəlb edən qadınla foto çəkdiriblər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm