Yəməndə döyüşlər gedir: 30 nəfər ölüb
Bizi izləyin

Dünya

Yəməndə döyüşlər gedir: 30 nəfər ölüb

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəməndə İrana arxalanan şiə qüvvələri ilə döyüşləri zamanı 30 nəfər həlak olub.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, adının açıqlanmasını istəməyən dövlət rəsmisinin verdiyi məlumata görə, paytaxtın Nihm rayonunda gedən döyüşlər zamanı ölənlərin əksəriyyəti mülki vətəndaşlardır.

Səudiyyə Ərəbistanının başçılığı ilə Yəmən prezidenti Əbdu Rabu Mənsur Hadini ölkədən qaçmağa məcbur edən Huti üsyançılara qarşı hava hücumları mart ayından başlayıb.

Yardım və insan haqlarının müdafiəsi təşkilatları qərb ölkələrini Səudiyyə Ərəbistanına silah satışını dayandırmağa çağırıb.

Human Rights Watch bu ayın əvvəllərində koalisyanı ABŞ-ın təmin etdiyi kaset bombalardan istifadə etməkdə günahlandırmışdı.

BMT koalisyanın 119 silah növündən istifadə etməsini humnaitar qanunlara zidd adlandırıb.

Qurum 2015-ci ilin mart ayından bəri Yəməndə 6000-dən artıq insanın öldürüldüyünü bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm