Tütün çəkənlərə ucuz siqaret vəd olundu
Bizi izləyin

Dünya

Tütün çəkənlərə ucuz siqaret vəd olundu

Tailandın dövlət tütün şirkəti “kasıblar üçün” siqaret istehsal edəcəyini elan edib.

Publika.az BBC-yə istinadən xəbər verrir ki, hakimiyyət yeni təşəbbüsün tütün çəkənləri siqaret sarımaq və yaxud da qaçaqmalçılıq yolu ilə gətirilmiş tütün məmulatlarını almaq fikrindən daşındıracağına ümid edir.

Bundan əvvəl KİV-lər tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələrinin qaldırıldığını xəbər vermişdilər. Yeni siqaretlər aprel ayında istehsal olunmalıdır. Onların qiyməti hazırkı satış qiymətlərindən 30 faiz aşağı olacaq. Tütün çəkmək əleyhinə kampaniya aparanlar ucuz siqaret istehsalı barədə elanı tənqidlə qarşılayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm