Davudoğlu barədə şok ittiham: “Gəlib-keçmiş ən zalım...”
Bizi izləyin

Dünya

Davudoğlu barədə şok ittiham: “Gəlib-keçmiş ən zalım...”

Türkiyə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Demirtaş baş nazir Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğan haqqında ağır ifadələr işlədib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Demirtaş Əhməd Davudoğlunu Türkiyənin gəlib-keçmiş “ən zalım, ən mürtəce baş naziri” adlandırıb.

HDP-nin həmsədri bütün dünyada Suriyadakı atəşkəsi tanımayacağını bildirən iki nəfərin olduğunu deyib. Onun sözlərinə görə, bunlar Davudoğlu və “Ən-Nüsra” Cəbhəsinin lideridir. Səlahəddin Demirtaşın iddiasına görə, Suriyanın Tel Abyad bölgəsində PYD güclərinə hücum edən “Ən-Nüsra” Cəbhəsi Ankaradan təlimat alıb.

Demirtaş prezident Rəcəb Tayyib Ərdoğanı da “dünya lideri” iddiasında olmaqda ittiham edib: “Bu insan dünya lideri, islam dövlətlərinin lideri olmaq istəyir. Son dərəcə ciddi bir iddiadır. Bu iddianı ortaya qoyan birinin hər şeydən əvvəl ədalətli olması lazım deyilmi? Əgər islam cəmiyyətinin lideri olmaq istəyirsənsə, əvvəl sənin müsəlman olmağın, islamın şərtlərini yerinə yetirməyin lazımdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm