
Rusiyanın Vorkuta şəhərində “Severnaya” şaxtasında
təkrar partlayış nəticəsində daha 6 nəfər həlak olub, 5 nəfər
xəsarət alıb.
“Trend”in TASS agentliyinə istinadən verdiyi məlumata görə, operativ qərargahdakı mənbə partlayışın 748 metr dərinlikdə meydana gəldiyini bildirib.
Fevralın 25-də “Severnaya” şaxtasında metan qazının partlaması nəticəsində uçqun və yanğın baş verib. Hadisənin ilk saatlarında mədəndəki 111 şaxtaçının 81-i xilas edilib, 4 nəfərin cəsədi tapılıb. Yer altında qalan 26 şaxtaçının taleyindən isə hələ bir xəbər yoxdur və onlarla bütün əlaqə kəsilib. Qəza anında şaxtaçılar 780 metr dərinlikdə olublar.