İŞİD Bağdada hücum etdi: 8 ölü, 22 yaralı
Bizi izləyin

Dünya

İŞİD Bağdada hücum etdi: 8 ölü, 22 yaralı

Bağdad yaxınlığında hökumət qüvvələri "İslam Dövləti" silahlılarının hücumu ilə üzləşib.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, İŞİD Əbu Qəribdə xüsusi xidmət orqanlarının yerləşdiyi bazaya intiharçıların olduğu və partlayıcı ilə yüklənmiş 3 yük maşını göndərib.

Partlayışın ardınca İŞİD yaraqlıları silahlı hücuma keçib. Hökumət qüvvələrinin 8 hərbçisi ölüb, 22 yaralı var.

Bağdadın qərbindəki əməliyyatlara rəhbərlik edən general Saad Harbiya deyir ki, vəziyyət nəzarət altına alınıb və ərazidə qadağan saatı tətbiq edilib. Bağdad Beynəlxalq Aeroportunun 5 km-də yerləşən Əbu Qəribdə olan həbsxanada ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsindən sonra həbs edilən məhbuslar saxlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm