
Əfqan hökuməti ilə Taliban arasında sülh danışıqlarının müzakirə olunduğu bir ərəfədə Əfqanıstanda iki intiharçı 28 adamın ölümünə səbəb olan partlayış törədib.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əfqanıstan prezidenti Əşrəf Qəniterror aktlarının danışıqları pozmağa yönəldiyini bildirib. O deyib ki, baş verən istənilən hadisə hər hansı hərbi qruplaşma ilə danışırları poza bilməyəcək.
Hücumun məsuliyyətini Taliban öhdəsinə götürüb.