Bura Suriyaya bənzəyir – Türkiyədən şok görüntülər – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Bura Suriyaya bənzəyir – Türkiyədən şok görüntülər – VİDEO/FOTOLAR

Anti-terror əməliyyatlarının davam etdiyi Türkiyənin Diyarbəkr vilayətinin Sur mahalında dekabrın 2-də elan edilən küçəyə çıxma qadağası 89-cu gününə daxil olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlar sona yaxınlaşdıqca mahalda partlayış səsləri artır.

Məlumata görə, PKK terrorçuları 150-200 kvadrat metrlik bir ərazidə mühasirəyə alınıb.

Üç aydır şiddətli qarşıdurmaların davam etdiyi mahal pilotsuz uçuş aparatı ilə yuxarıdan çəkilib. Çəkilən fotoşəkillər vətəndaş müharibəsinin davam etdiyi Suriyanı və İŞİD-ə əməliyyatlardan böyük zərər görən İraqı xatırladır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm