Rusiya 20 min hərbçi itirəcək, Ukrayna isə... – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

Rusiya 20 min hərbçi itirəcək, Ukrayna isə... – ŞOK PROQNOZ

Rəsmi Kiyevin son vaxtlar verdiyi bəyanatlar və separatçıların nəzarətində olan Donbasda baş verən proseslər hərbi əməliyyatların yenidən başlama riskini artırır.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Ukraynadan Rusiyaya yönəlik təhdid xarakterli bəyanat gəlib.

Ukrayna Müdafiə Nazirliyinin səlahiyyətlisi Valentin Fediçev “Espresso” telekanalına müsabibəsində Kiyevlə Moskva arasında müharibənin baş verəcəyi halda Rusiya ordusunu məhv edəcəklərini bildirib.

“Əgər düşmən hava güclərindən istifadə edərsə və sərhədlərimizdəki quru birlikləri hücuma keçərsə, bizim hesaplamalarımıza görə, 20 min əsgərini itirəcək”, - ukraynalı səlahiyyətli deyib.

Fediçevin sözlərinə görə, Rusiya ilə müharibə baş verəcəyi halda Ukraynanın itkisi 5-6 min olacaq. O, Ukrayna ordusunun döyüşmək üçün lazımı ehtiyatlara malik olduğunu qeyd edib.

Qeyd edək ki. daha əvvəl anti-terror zonasında Ukrayna hərbi kəşfiyyatının polkovniki Pyotr Nedzelski Ukrayna hərbçilərinin Donbas hövzəsinin müvəqqəti işğal edilmiş ərazilərin azad edilməsi üçün aktiv əməliyyatlara hazır olduğunu bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu hərbi-siyasi rəhbərliyin əmrini gözləyir.

“Döyüşçülərimiz istənilən hücumların əks edilməsinə hazırdır. Amma onlar hücum üçün əmr gözləyirlər. Ukrayna ordusunun mənəvi-psixoloji vəziyyəti kifayət qədər yüksəkdir. Biz vuruşmağı öyrəndik. Əgər Minsk razılaşmaları olmasaydı, terrorçuları çoxdan torpağımızdan qovardıq”, - polkovnik bildirib.

Nedzelskinin sözlərinə görə, terrorçulara veriləcək cavab çox adekvat və güclü olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm