İraqda terror: 70 ölü
Bizi izləyin

Dünya

İraqda terror: 70 ölü

İraqın paytaxtı Bağdad şəhərində əsasən şiələrin yaşadığı məhəllədəki bazarda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 70-ə çatıb. 100-dən çox yaralı olduğu bildirilir.

Məlumata görə, partlayışlar şiələrin məskunlaşdığı Mədinət-əs-Sədr məhəlləsində baş verib.

Bəzi məlumatlara görə, əvvəlcə bomba partlayıb, bir neçə dəqiqədən sonra isə terrorçu-kamikadze kütlənin içərisində ikinci partlayışı törədib. Digər məlumatlara görə isə, terror aktlarını iki kamikadze törədib.

Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm