Çeçen gənclər Kadırovun müdafiəsinə qalxdılar
Bizi izləyin

Dünya

Çeçen gənclər Kadırovun müdafiəsinə qalxdılar

İnternet istifadəçiləri Çeçenistan prezidenti Ramzan Kadırova dəstək haştaqı yaradıblar. #ramzanneuxodi haştaqı altında onun istefa vermək istəyinə qarşı çıxanlar deyirlər ki, Ramzan Kadırov prezident postunu tərk edə bilməz.

Çeçen Gənclər Təşkilatının sədri Rustam Tapayev “Qovorit Moskva” radisouna deyib ki, onlar Kadırovun onu dəstəkləyən mitinq və aksiyaları istəmədiyi üçün interneti alternativ yol seçiblər. Onun sözlərinə görə, bununla Kadırovu çeçen xalqının və bütün rusiyalıların dəstəklədiyini göstərəcəklər.

Fevralın 27-də Kadırov istefa verməyə hazır olduğunu bəyan edib. O, respublikanı 2007-ci ildən idarə edir və martda onun səlahiyyət müddəti bitir. Fevralın 23-də müxalif İlya Yaşin Kadırovun fəaliyyətinin Rusiyanın milli təhlükəsizliyinə təhdid adlandırdığı hesabatı təqdim edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm