• USD 1,7000 0,00% EUR 1,8744 +0,23%
    • GBP 2,1898 +0,35% RUB 0,0266 +0,75%

Xocalı soyqırımını törədən ordunun daha bir vəhşiliyi - VİDEO

  • Dünya
  • 29 Fevral 2016 12:00
  • 1 628 Baxış
Xocalı soyqırımını törədən ordunun daha bir vəhşiliyi - VİDEO

Müharibə öz qəddar qanunları ilə milyonlarla insana faciə yaşadıb. Elə xalqımız da ona qarşı aparılan amansız qırğınların şahidi olub.

Publika.az bildirir ki, bir neçə gün öncə elə soydaşlarımız da sosial şəbəkələrdə belə qırğınlar törədən ordulardan birinin yaranma gününü bayram hesab edərək bir-birini təbrik edirdi. 1990-cı ildə Bakıda dinc əhaliyə amansız divan tutan Sovet ordusunun varisi olan Rusiya ordusu bir neçə il sonra Çeçenistanda dinc əhaliyə qarşı eyni davranışı nümayiş etdirdi. Bu günlərdə Rusiya ordusunun törətdiyi vəhşilikləri əks etdirən yeni görüntülər ortaya çıxıb. Görüntülərdə Xocalı soyqırımında da iştirak edən ordunun Çeçenistanda da günahsız insanları xüsusi qəddarlıqla güllələdiyi əks olunub.

Məlumat üçün qeyd edək ki, 1991-ci ildə SSRİ dağılandan sonra Çeçenistan öz müstəqilliyini elan etsə də, heç bir ölkə tərəfindən tanınmadı. Bununla belə, çeçenlər bu yoldan çəkinmədilər və 1991-ci ildə keçirilən seçkilərdə general Cövhər Dudayev prezident seçildi. 11 dekabr 1994-cü ildə Qroznıya girən rus qoşunları 50 minə yaxın dinc sakini qətlə yetirdi.

Qeyd edək ki, bəzi mənbələr bu videonun həqiqət deyil, qurama olduğu barədə iddia irəli sürürlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR