• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Rusiya müharibəni dənizə keçirir – terrorçular “donanma” yaradır

  • Dünya
  • 29 Fevral 2016 13:59
  • 1 505 Baxış
Rusiya müharibəni dənizə keçirir – terrorçular “donanma” yaradır

Ukraynanın şərqindəki “Donetsk Xalq Respublikası” terror təşkilatının komandanlığı “hərbi dəniz donanması”nın yaradılması üzərində işləyir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xalq deputatı, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “Facebook” şəhifəsində yazıb.

“DXR”in Azov donanması 2015-ci ilin mayında yaradılıb. Onun tərkibinə 5 balıqçı qayığı və gəzinti kateri daxildir. Terrorçular onu “döyüş kateri” adlandırırlar. Onlar daha 3 qayığı “donanma”nın tərkibinə daxil etməyə hazırlaşırlar. Hazırda Rusiyanın köməyi ilə “donanma”nın ştat heyətinin formalaşdırılması məsələsi yerinə yetirilir”, - ukraynalı deputat qeyd edib.

O bildirib ki, “DXR-in Azov donanması” Novoazovsk (“əsas baza”), Sedovo və Bezımennoe yaşayış məntəqələrində yerləşir.

Bundan başqa, Dmitri Tımçuk bildirib ki, “DXR” rəhbərliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin tərkibindən katerlərin “donanma”nın tərkibinə ötürülməsi haqqında Moskva ilə danışıqlar aparır.

Həmçinin “Azov donanması”nın tərkibində 9-cu ayrı motoatıcılıq alayının hesabına “dəniz piyada qoşunları” bölməsi formalaşdırılır.

Qeyd edək ki, son vaxtlar rəsmi Kiyevin son vaxtlar verdiyi bəyanatlar və separatçıların nəzarətində olan Donbasda baş verən proseslər hərbi əməliyyatların yenidən başlama riskini artırır. Ukrayna Müdafiə Nazirliyinin səlahiyyətlisi Valentin Fediçev “Espresso” telekanalına müsahibəsində Kiyevlə Moskva arasında müharibənin baş verəcəyi halda Rusiya ordusunu məhv edəcəklərini bildirib.

“Əgər düşmən hava güclərindən istifadə edərsə və sərhədlərimizdəki quru birlikləri hücuma keçərsə, bizim hesaplamalarımıza görə, 20 min əsgərini itirəcək”, - ukraynalı səlahiyyətli deyib.

Fediçevin sözlərinə görə, Rusiya ilə müharibə baş verəcəyi halda Ukraynanın itkisi 5-6 min olacaq. O, Ukrayna ordusunun döyüşmək üçün lazımı ehtiyatlara malik olduğunu qeyd edib. Daha əvvəl isə anti-terror zonasında Ukrayna hərbi kəşfiyyatının polkovniki Pyotr Nedzelski Ukrayna hərbçilərinin Donbas hövzəsinin müvəqqəti işğal edilmiş ərazilərin azad edilməsi üçün aktiv əməliyyatlara hazır olduğunu bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR