Prezidentdən qadınlara 8 Mart hədiyyəsi: hərəyə 40 manat
Bizi izləyin

Dünya

Prezidentdən qadınlara 8 Mart hədiyyəsi: hərəyə 40 manat

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə qadınlara pul hədiyyəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənədə uyğun olaraq, hər bir türkmən qadını 40 türkmən manatı (11 dollar) alacaq.

Sənəddə qeyd edilir ki, pul martın 1-dən 5-dək verilməlidir.

Qeyd edək ki, bu ənənə Türkmənistanda hələ ölkənin birinci prezidenti Sapamurat Niyazov dövründə başlanıb. Beynəlxalq qadınlar gününün qeyd olunması Niyazov tərəfindən sonradan ləğv edilsə dəŞ, 2007-ci ildə seçilmiş Berdiməhəmmədov bu qərarı dəyişdirib və 2008-ci ildən qadınlara pul hədiyyələri verməyə başlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm