ABŞ-ın yeni Suriya XƏRİTƏSİ - DETALLAR
Bizi izləyin

Dünya

ABŞ-ın yeni Suriya XƏRİTƏSİ - DETALLAR

Suriyada 5 illik vətəndaş müharibəsinin ardınca Rusiya ilə ABŞ arasında atəşkəs razılaşması əldə olundu. Lakin ABŞ başda olmaqla Qərb atəşkəsin davam edəcəyinə inanmır və “B” planını gündəmə gətirirlər.

Publika.az Türkiyənin “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın “B” planı özündə Suriyanın bölünməsini ehtiva edir.

ABŞ-ın dövriyyəyə buraxdığı xəritəyə görə, Suriya üç hissəyə bölünür. Ancaq xəritədə 5 ərazi vahidi yer alıb. Xəritədə mülayim müxalifət və PYD-nin hər birinə 2, Bəşər Əsəd rejiminə isə bir ərazi vahidi verilir. Cerablus istisna olmaqla İŞİD-in nəzarətindəki ərazilərlə əlaqədar hələ bir qərar qəbul edilməyib.

ABŞ-ın xəritəsinə görə, Azez-Cebrablus xəttində 16 kilometr eni olan ərazi və İdlib bölgəsi mülayim müxalifətə verilir.

PYD-yə isə hazırda nəzarət etdiyi Afrin və Firat çayının şərqindəki bölgə verilir. Xəritəyə görə, PYD-in Afrin, Kobani və Cəzirə kantonları birləşdirilmir. Hələb və Türkman Dağı da daxil olmaqla Əsədin hazırda nəzarət etdiyi Qərbi Suriya rejimə verilir. İdlibdə müxalifətə verilməsi nəzərdə tutulan bölgənin ətraf aləmlə heç bir əlaqəsi yoxdur. Bölgə PYD və rejim tərəfindən mühasirəyə alınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm