“Müharibəyə hazır olun!” – Nüvə müharibəsinə başlayacaq ölkə... – ŞOK PROQNOZ
Bizi izləyin

Dünya

“Müharibəyə hazır olun!” – Nüvə müharibəsinə başlayacaq ölkə... – ŞOK PROQNOZ

“Stratfor” analitik şirkətinin banisi və Amerika politoloqu Corc Fridman mövcud beynəlxalq vəziyyəti, ABŞ və başqa ölkələrin gələcəkdə rastlaşacağı çağırışları qiymətləndirib.

Publika.az xəbər verir ki, politoloq “Business Insider” nəşrinə müsahibəsində “müharibəyə hazır olun!” çağırışı edib.

Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərqdə marağının azalması ilə orada heç bir güc qalmayacaq. Politoloq hesab edir ki, region ölkələri süni obrazla yaradılmışdı və ABŞ regionda sərhədlərin son zamini idi. Fridman regionda milli dövlətlərin iflas edəcəyini bildirib.

“Bizim gücümüzün əsası dənizlər üzərində nəzarətdir. Heç kim bizim ərazimizə soxula bilmir. ABŞ-ın ən böyük qorxusu nədir? Bizə hücumun qarşısını necə almaq lazımdır? Onların bir-birini gəmirmək arzusunu dəstəkləmək lazımdır ki, ABŞ-ın fəthinə imkan olmasın. Bu səbəbdən də biz birinci və ikinci dünya müharibələrində, həmçinin “soyuq müharibə”də iştirak edirdik. İndi hegemon gücün meydana çıxmasına imkan vermək olmaz. Biz qalib gəlməyə çalışmırıq. Amma eyni zamanda uduzmamalıyıq”, - “Stratfor”un banisi deyib.

ABŞ-ın geosiyasi hədəfləri gəlincə, amerikalı politoloq bunları söyləyib: “Vaşinqtonun hədəfi ilk növbədə ondan ibarətdir ki, Şimali Amerikada ABŞ-ın rəhbərliyi ilə sülh və çiçəklənmə olsun. İkincisi, heç bir millət hərbi gücdə bizimlə bərabər ola bilməsin. Hədəflər çox sadədir. Biz arxayın olmalıyıq ki, bütün münaqişələr Şərq yarımkürəsində qalır və bizim ərazimizə keçmir”.

Fridman yaxın gələcəkdə nüvə müharibəsinin baş vermə ehtimalının çox kiçik olduğunu bildirib: “Səbəb çox sadədir. Nüvə müharibəsinə başlayacaq ölkə Yer kürəsindən silinəcək. Almaniya, Çin və Rusiya kimi ölkələr tənəzzül edəndə və yerini başqalarına verəndə sistem müharibələri başlanacaq. Müharibəyə hazır olun!”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm