Mustafa Sarıgüldən seçki saxtakarlığı ilə bağlı xəbərdarlıq
Bizi izləyin

Dünya

Mustafa Sarıgüldən seçki saxtakarlığı ilə bağlı xəbərdarlıq

Türkiyədə bələdiyyə seçkilərinin bülletenlərinin bu dəqiqələrdə olan məlumatına əsasən, təxminən 41,66% sayılıb.

Türkiyədə bələdiyyə seçkilərinin bülletenlərinin bu dəqiqələrdə olan məlumatına əsasən, təxminən 41,66% sayılıb.

AKP səs faizləri ilə hal-hazırkı nəticələrdə rəqiblərindən üstündür.
Bu dəqiqələrə kimi olan nəticələri təqdim edirik:

AKP 47,28%
CHP 27,43%
MHP 13,57%
BDP 3%
Digərləri 8,72%

Nəticələrin hesablanmasında hiylənin ola biləcəyini düşünən bir sıra namizədlər var ki, onlardan biri də CHP-nin İstanbuldan namizdədi Mustafa Sarıgüldür. Belə ki, Mustafa Sarıgül seçki nəticələrilə əlaqdar fırıldaq edildiyini bildirib.

"Əziz gənclər, nəticələr dəqiqləşənə qədər qəti şəkidə sandıqların yanından ayrılmayaq. Fırıldaq nəticələrə etibar etməyək" - deyə o, "Twitter" hesabından mesaj yazıb.

CHP sədrini müavini Umut Oran isə "Twitter"-də yazdığı mesajda ​​CHP-nin seçicilərinə Anadolu Agentliyinin xəbərlərinə etibar etməməyi, əhvallarını pozmamağı məsləhət görərək deyib:

"Ankarada öndəyik, İstanbulda başa-baş gedirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm