Ərdoğan qələbə çıxışı etdi: Fətullah Gülənə sərt sözlər - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan qələbə çıxışı etdi: Fətullah Gülənə sərt sözlər - VİDEO

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AKP ilə çıxdığı yolda 8-ci seçimdə də zəfərini qeyd edir.

Ədalət və İnkişaf Partiyasının başçısı və Baş nazir Rəcəb Tayyib Ərdoğan zəfər çıxışını edir.

Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanmaqda davam edir. Artıq səslərin 77,1%-i sayılıb və nəticələrə görə, AK P 44,7%-lə irəlidədir.

Bu nəticədən sonra Rəcəb Tayyib Ərdoğan çıxış edərək zəfərini qeyd edir:

“Əziz millətim, dəyərli qardaşlarım hamınızı sevgiylə, hörmətlə salamlayıram. 81 vilayəti, 77 milyon Türkiyə Respublikası vətəndaşını salamlayıram. Ya Rəbbim nə böyüksən.

Dünyanın hər yerində zəfərimiz üçün əllərini, könüllərini, dodaqlarını duaya açan dost və qardaşlarıma təşəkkür edirəm. Suriyada bombaların güllələrin altında qıtlıqla baş-başa savaşan amma Türkiyədə AKP-nin zəfəri üçün dua edən qardaşlarıma təşəkkür edirəm. Əlbəttə ən böyük təşəkkür bu əziz millətə düşür. Qardaşlarım siz yeni Türkiyənin istiqlal mübarizəsinə sahib çıxdınız sizlərə təşəkkür edirəm. Siz öz iradənizə, öz gələcəyinizə Baş nazirinizə sahib çıxdınız. Sizlərə minnətdarlığımı bildirirəm. Artıq köhnə Türkiyə yoxdur yeni türkiyə var. Qırx çürük yumurta bir sağlam yumurta ola bilməz”. /Qafqazinfo/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm