Əlsiz - ayaqsız alpinist dağı fəth edir - Foto
Bizi izləyin

Dünya

Əlsiz - ayaqsız alpinist dağı fəth edir - Foto

Şotland alpinisti çovğun zamanı donvurmadan əl-ayağını itirməsinə baxmayaraq, Alp dağlarının ən təhlükəli zirvələrindən birini fəth etmək qərarına gəlib.

Cemi Endryu 15 il bundan əvvəl yoldaşı ilə Alp dağını fəth edərkən borana düşmüş və nəticədə bədən üzvlərini itirmişdi. O, dostu ilə buzlar arasında düz 5 gün ac-susuz qalıb. Endryu xilasedici xidmət tərəfindən xilas edilsə də, yoldaşı donvurmadan keçinib. Onun əl və ayaqları güclü donvurma səbəbindən amputasiya edilib, lakin 44 yaşlı idmançı protezlərin köməkliyi ilə ayağa durmuş və hətta marafon yarışında da iştirak edib. İndi isə idmançı 4,478 metrlik zirvəni fəth etməyi düşünür. Onun dağı fəth etməsi gələn ay baş tutacaq.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm