Ukrayna Rusiyaya nota verdi
Bizi izləyin

Dünya

Ukrayna Rusiyaya nota verdi

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın Baş naziri Dmitri Medvedevin Krıma səfəri ilə bağlı rəsmi Moskvaya etirazını bildirib.

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın Baş naziri Dmitri Medvedevin Krıma səfəri ilə bağlı rəsmi Moskvaya etirazını bildirib.

Notada bildirilir ki, xarici ölkə rəsmisinin Ukrayna hökuməti ilə razılaşmadan Krıma səfər etməsi beynəlxalq hüquqa və diplomatik qaydaların kobud pozulmasıdır.

Qeyd edək ki, Medvedev Krıma bu gün səfər edib.

Xatırladaq ki, Ukraynada millətçi dairələr Yanukoviç hakimiyyətini devirəndən sonra Rusiya Krıma hərbi təcavüz edib. Martın 16-da keçirilən referendumdan sonra Krım Rusiyaya birləşdirilib. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm