Baş nazir miqrantlara söz verdiyi evini satdı
Bizi izləyin

Dünya

Baş nazir miqrantlara söz verdiyi evini satdı

Finlandiyanın baş naziri Yuxa Sipilya Kempele şəhərindəki evini satıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, satış müqaviləsi martın 21-də bağlanıb.

Baş nazir evini 570 min avroya satıb. Evin satıldığını hökumət başçısı da təsdiqləyib. Sipilyanın sözlərinə görə, o, daha kiçik ev alıb. Baş nazir yeni evin qiymətini açıqlamayıb.

Sentyabrın əvvəlində baş nazir bildirib ki, faktiki olaraq istifadə etmədiyi Kempele şəhərindəki evində miqrantları yerləşdirmək niyyətindədir. O, ölkə vətəndaşlarını da miqrantlara qayğı göstərməyə çağırıb.

Qeyd edək ki, miqrasiya böhranı 2015-ci ildə Avropanın qarşılaşdığı ən ciddi problem olub. Ötən il Avropa Birliyinin ərazisinə bir milyondan çox miqrant gəlib. BMT-nin məlumatına görə, 2016-cı ildə Avropa Birliyinə miqrasiya dalğası iki dəfə arta bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm