ŞOK: Türkiyədə kamikadzelərin “müəllimləri” saxlanıldı
Bizi izləyin

Dünya

ŞOK: Türkiyədə kamikadzelərin “müəllimləri” saxlanıldı

Türkiyə polisi İzmir vilayətində İŞİD terror qruplaşmasının üzvü olmaqda şübhəli bilinən 15 nəfəri saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Təhlükəsizlik güclərindəki mənbənin sözlərinə görə, saxlanılanlar arasında İŞİD-də kamikadzelərin hazırlığı ilə məşğul olan döyüşçülər də var. Axtarışlar zamanı onlardan dörd silah və terror fəaliyyəti ilə məşğul olduğunu sübuta yetirən sənədlər aşkar edilib.

Polisin versiyasına görə, saxlanılan şəxslər 2015-ci ilin may ayında Xalqların Demokratik Partiyasının (HDP) Adana və Mersin vilayətlərindəki ofislərində terror aktları həyata keçirməkdə ittiham olunan Savaş Yıldızla bağlıdır. Terror aktlarının təşkilatçısı Suriyaya qaçıb. Yıldız sonradan potensial kamikadzelərin siyahısına daxil edilib və hazırda türk polisi tərəfindən axtarılır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm