• USD 1,7000 0,00% EUR 1,9996 +0,18%
    • GBP 2,2392 +0,52% RUB 0,0259 +0,39%

“Seks qalmaqalı” böyüyür – “Gürcü arzusu”nu yıxan “silah” tapıldı

  • Dünya
  • 1 Aprel 2016 16:09
  • 1 338 Baxış
“Seks qalmaqalı” böyüyür – “Gürcü arzusu”nu yıxan “silah” tapıldı

Gürcüstanda siyasətçilərin seks görüntülərini əks etdirən videolarla bağlı qalmaqal böyüməkdədir.

Publika.az-ın məlumatına görə, ötən ayın əvvəllərində siyasətçilərin seks görüntüləri ilə bağlı “YouTube”a yerləşdirilən iki video qalmaqala səbəb olub. Videolardan birində əks olunmuş qadın Gürcüstanın keçmiş xarici işlər naziri, müxalifətdə olan siyasətçi Maya Pancikidzeyə bənzəyirdi. Daha sonra bu videolar yığışdırılıb.

Gürcüstan Baş prokurorluğu cinayət işi qaldırıb və Daxili İşlər Nazirliyi kibercinayətkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün ABŞ-ın Federal Təhqiqatlar Bürosunda (FTB) işləyən həmkarlarından kömək istəyib.

İqtidardakı “Gürcü xəyalı” koalisiyası hesab edir ki, qalmaqalın arxasında ölkənin sabiq prezidenti Mixael Saakaşvilinin silahdaşları dayana bilərlər. Saakaşvilinin silahdaşları isə ittihamları əsassız adlandırıb.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili videoların yayılmasından dərhal sonra güc strukturlarının rəhbərləri ilə fövqəladə müşavirə keçirdi. Ölkənin bütün ərazisində “YouTube” müvəqqəti kəsilib. Prezident Georgi Marqvelaşvili həmin videoları yayanları cəzalandırmağı söz verib. "Bu iyrənc videoları yayan istənilən şəxs cəzalandırılacaq. Cinsi həyat iyrənc deyil, onu çəkmək iyrəncdir," - deyə Georgi Marqvelaşvili bildirib.

Marqvelaşvili ölkə sakinlərini belə videoların yayılması ilə kimisə şantaj etməyin mümkün olmadığını "qara qüvvələrə" gəstərməyə çağırıb.

“Gürcü arzusu” koalisiyasının liderlərindən olan Nukri Kantariyanın sözlərinə görə, videoların parlament seçkiləri öncəsi ortaya çıxması diqqət çəkir. Onun sözlərinə görə, koalisiyaya daxil olan qərbyönümlü Respublika Partiyasının payızda keçiriləcək parlament seçkilərində müstəqil iştirak edəcəyini bildirməsi ilə eyni vaxtda videoların yayılması təsadüf sayıla bilməz. Siyasətçi qeyd edib ki, videolar hakimiyyət daxilində gərginlik yaratmaq məqsədilə edilən hücumdur.

“Hamı bilir ki, bu videoların arxasında prezident Mixael Saakaşvili yanında işləyən məmurlar dayanıblar”, - deyə “Gürcü arzusu” koalisiyasından olan deputat Zaxariya Kusnaşvili bildirib. O, 2012-ci ildə hakimiyyət dəyişikliyindən sonra bu məmurların özləri ilə xaricə minlərlə videonu apardığını da istisna etmir.

Deputat Tamaz Meçiauri əmin edib ki, bütün bu proseslərə Ukraynanın Odessa vilayətinin qubernatoru Mixael Saakaşvili başçılıq edir.

Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyasından olan deputat iddiaları əsassız sayır. Deputat David Darçiaşvili keçmişdə işləyən güc strukturlarının bəzi nümayəndələrində bu cür videoların olduğunu istisna etmir. Amma o, bildirir ki, indiki hakimiyyət əsassız ittihamlarla məşğul olmaqdansa, konkret cinayətkarları aşkar etməli və günahkarları cəzalandırmalıdır.

Xatırladaq ki, “Gürcü arzusu” koalisiyasının hakimiyyətə gəlişindən sonra Daxili İşlər Nazirliyində ictimai xadimlərin şəxsi həyatından çəkilən böyük video arxiv aşkar edilib. Söhbət təxminən 3 min fayldan gedirdi. Məlum olub ki, gizli kameralar mehmanxana nömrələrində, siyasətçilər, jurnalistlər, biznesmenlər və idmançıların mənzillərində qurulubmuş. Həmin vaxt daxili işlər naziri postunu tutan İrakli Qaribaşvili arxivi məhv etməyi əmr edib. Amma, göründüyü kimi, faylların surətləri müəyyən şəxslərdə qalıb. Onlardan parlament seçkilər kampaniyasının gedişində ağır silahlar kimi istifadə olunacağı istisna olunmur. Belə ki, görüntüləri paylaşanlar Gürcüstan siyasətçilərinin şəxsi həyatı ilə bağlı yeni videolar yaymağa söz veriblər.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>