Lavrov: “Avropa bu dağıdıcı məntiqdən imtina etməlidir”
Bizi izləyin

Dünya

Lavrov: “Avropa bu dağıdıcı məntiqdən imtina etməlidir”

“Avropa Birliyi çox zərərli və dağıdıcı “Ya Rusiya, ya da Avropa Birliyi” məntiqindən imtina etməlidir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serbiyalı həmkarı, Serbiya baş nazirinin birinci müavini İvitsa Daçiçlə görüşdən sonra bildirib.

Rusiya xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Avropa Birliyi ölkələrdən “Ya Rusiya, ya da Avropa Birliyi” şəklində seçim etməyi tələb edir”.

“Serbiya indi Avropa Birliyinə birləşmək üçün danışıqlar aparır. Biz isə strateji partnyorumuz olan Serbiyanın suveren seçiminə hörmət edirik. Avropa Birliyi tamamilə zərərli və dağıdıcı məntiqdən imtina etməlidir. Bu məntiq Ukraynanın dövlət quruluşunda dərin böhranın yaranmasına gətirib çıxardı”, - Lavrov vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm