Vaşinqtondan Moskvaya mesaj: “Tələb edirik ki...”
Bizi izləyin

Dünya

Vaşinqtondan Moskvaya mesaj: “Tələb edirik ki...”

“Ukrayna Budapeşt memorandumunu imzalamaqla özünün nüvə arsenalını təhvil verdi. Bu, düzgün addım idi, çünki əslində nüvə arsenalı ərazi bütövlüyünün zamini deyildi”.

Publika.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində ABŞ Dövlət Departamentinin sözçüsü Coşua Beyker deyib.

O, qeyd edib ki, ABŞ Rusiyanın Ukraynaya qarşı təcavüzünü qəti şəkildə pisləyir, amma məhz nüvə məsələsinə görə Vaşinqton Kremllə danışıqlar aparmalı olur.

“Birləşmiş Ştatlar Krımı Rusiyanın bir hissəsi olaraq tanımır və tanımayacaq! Amma biz istəmirik ki, Krımın qanunsuz tutulması və Rusiyanın Donbasda hərbi hərəkətləri nüvə materialları ilə bağlı qlobal kollektiv təhlükəsizliyə mənfi təsir etsin. Çünki bu müxtəlif şeylərdir”, - Beyker bildirib.

ABŞ Dövlət Departamentinin sözçüsü xatırladıb ki, həm dövlət katibi Con Kerri, həm də prezident Barak Obama Vaşinqtonun Krımla bağlı mövqeyini Rusiya prezidenti Vladimir Putinə çatdırıb.

“Biz tələb edirik ki, Rusiya Krımı qaytarsın və Donbasdakı terrorçulara hərbi-siyasi dəstəyi dayandırsın”, - o, vurğulayıb.

Dövlət Administrasiyasından daha əvvəl bildiriblər ki, ABŞ Rusiyanı Krımı Ukraynaya qaytarmağa məcbur edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm