TƏKLİF: “Nobel mükafatı Obamadan alınaraq Putinə verilsin!”
Bizi izləyin

Dünya

TƏKLİF: “Nobel mükafatı Obamadan alınaraq Putinə verilsin!”

Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov sülh üzrə Nobel mükafatını ABŞ prezidenti Barak Obamadan alaraq onu Rusiya lideri Vladimir Putinə verməyi təklif edib.

Publika.az xəbər verir ki, Kadırov təklifi “RİA-Novosti” agentliyinə müsahibəsində səsləndirib.

Çeçen lider bildirib ki, Rusiya prezidentinin Nobel mükafatına layiq hesab edir.

“Merkel və Obama bu mükafata layiq deyil. Ən yaxşı politoloqlar, alimlər və institutlar Rusiya prezidentinə çata bilməz. Onun güclü strategiyası var, ağılla işləyir, qətiyyətli qərarlar qəbul edir”, - Kadırov bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Barak Obama bir neçə dövləti məhv edib, yüz minlərlə insanı öldürüb: “Amma demokratiya haqqında danışır və Nobel mükafatı laureatıdır. Bu, sadəcə gülməlidir”.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama 2009-cu ildə Nobel mükafatı alıb. 2015-ci ilin sülh üzrə Nobel mükafatına isə Tunisdəki milli dialoq “kvarteti” layiq görülüb. Mükafat “2011-ci il Jasmin inqilabının nəticələrinə görə Tunisdə plürealistik demokratiyanın qurulmasında “kvartetin” həlledici roluna görə” verilib.

Almaniya kansleri Angela Merkel də mükafata namizəd hesab edilirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm