“İŞİD və Türkiyədən azad ediləcək” – ŞOK TƏHDİD
Bizi izləyin

Dünya

“İŞİD və Türkiyədən azad ediləcək” – ŞOK TƏHDİD

İraqın Mosul vilayətində hərbi güc saxlayan Türkiyə növbəti dəfə Bağdad tərəfindən təhdid edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraq parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Falih Elhazaali türk əsgərini İraqdan çıxarmaq üçün göstərilən diplomatik səylərin müvəffəqiyyətsiz olduğunu bildirib.

O, qeyd edib ki, İraq torpaqlarındakı Türkiyə hərbi gücü İraq ordusu və “Haşd Şaabi” adlandırılan könüllü birlik tərəfindən “bitiriləcək”. Komitə sədri türkləri İraqa soxan “agentlər”in olduğunu, bu agentlərin hədəfinin İraqı parçalayaraq Türkiyəyə pay vermək olduğunu söyləyib.

“İraqlı güclər Mosulu azad etdikdən sonra Türkiyənin qarşısında iki seçim olacaq: İraqdan çəkilmək və ya İraq gücləri tərəfindən güc yolu ilə çıxarılmaq. Mosul yalnız İŞİD-dən deyil, həm də İŞİD və Türkiyədən azad ediləcək”, - iraqlı siyasətçi deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm