Kadırov: “Onları “ət topu” kimi irəli buraxırdılar”
Bizi izləyin

Dünya

Kadırov: “Onları “ət topu” kimi irəli buraxırdılar”

Suriyada döyüşən ceçenlərin böyük əksəriyyəti öldürülüb.

Publika.az xəbər verir ki, bunu Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov “RİA-Novosti” agentliyinə müsahibəsində deyib.

Prezident qeyd edib ki, Suriya döyüşçüləri Çeçenistandan gedənlərdən “ət topu” kimi istifadə edib. Ramzan Kadırov Suriyada təxminən 200 çeçenin qaldığını bildirib.

“Bizdə olan informasiyaya görə, çeçenlərin əksəriyyəti orada həlak olublar. Çünki ərəblər və başqa millətlər çeçenləri “ət topu” kimi irəli buraxırdılar. Təxminən 200 çeçen Suriyada qalıb. Onlar Avropadan gəliblər”, - Kadırov qeyd edib.

Onun fikrincə, Qərb xüsusi xidmət orqanları Avropada olan çeçenlərdən istifadə edirlər və xüsusi olaraq saxlayırlar.

Çeçenistan Respublikasına gəlincə, Kadırovun sözlərinə görə, respublikadan nadir hallarda xaricə vuruşmağa gedirlər. O, qeyd edib ki, ilkin illərdən fərqli olaraq Rusiyadan Suriyaya getməyə çalışanların sayı azalıb. Çeçen lider bu tendensiyanın yalnız Çeçenistan Respublikasında deyil, bütovlükdə Rusiyada qeydə alındığını bildirib.

Müxtəlif məlumatlara görə, Yaxın Şərqdə beynəlxalq terror təşkilatlarının fəaliyyətinə iki mindən üç minə qədər Rusiya vətəndaşı cəlb olunub. 2015-ci ilin dekabrında Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib ki, təxminən 200 Rusiya vətəndaşı döyüşlərdə məhv edilib və təxminən eyni sayda Rusiyaya qayıdıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm