Türkiyəni NATO sammitində Əhməd Davudoğlu təmsil edəcək
Bizi izləyin

Dünya

Türkiyəni NATO sammitində Əhməd Davudoğlu təmsil edəcək

Şimali Atlantika alyansının üzvü olan ölkələrin XİN rəhbərlərinin gündəliyində, əsasən, Rusiyanın məsələsi duracaq. Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun iştirakı ilə sabah keçiriləcək sammitdə, Ukraynada və Krımda hadisələr barəsində NATO-nun mövqeyi bi

Şimali Atlantika alyansının üzvü olan ölkələrin XİN rəhbərlərinin gündəliyində, əsasən, Rusiyanın məsələsi duracaq. Türkiyə XİN rəhbəri Əhməd Davudoğlunun iştirakı ilə sabah keçiriləcək sammitdə, Ukraynada və Krımda hadisələr barəsində NATO-nun mövqeyi bildiriləcək.


Ehtimal olunur ki, NATO üzvü olan ölkələrin xarici işlər nazirləri sabah keçiriləcək görüşdə Ukraynaya dəstəyin və Rusiyaya təzyiqin gücləndirilməsi barədə qərar qəbul ediləcək.

ABŞ dövlət katibi Con Kerri Rusiya XİN-in rəhbəri Sergey Lavrovla öz son danışıqların detalları barədə müttəfiqlərə məlumat verəcək. Sammit iştirakçıları həmçinin Ukraynanın "hərbi tələblər" uzun siyahısına toxunacaqlar. Gözlənilir ki, ikigünlük danışıqlar zamanı NATO-Ukrayna və NATO-Gürcüstan Komissiyaları xarici işlər nazirləri səviyyəsində yığışacaqlar.

Sammit ərəfəsində Davudoğlunun təşəbbüsü ilə Türkiyə-Aİ-ABŞ iclası keçirilməlidir. Həmin tədbirdə Davudoğlu və Kerri ilə yanaşı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton da iştirak edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm