“Türkiyə əsas silah və hərbi texnika təchizatçısıdır” – Moskvadan İTTİHAM
Bizi izləyin

Dünya

“Türkiyə əsas silah və hərbi texnika təchizatçısıdır” – Moskvadan İTTİHAM

“Türkiyə “İslam dövləti” (İŞİD) terror qruplaşmasının əsas silah və hərbi texnika təchizatçısıdır”.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Təhlükəsizlik Şurasına məktubla bildirib.

Rusiyalı diplomatın iddiasına görə, Türkiyə kəşfiyyatı bu “işə” nəzarət edir. Onun sözlərinə görə, təchizat əsasən avtomobillərlə, həmçinin humanitar yüklərin aparıldığı kolonlarla həyata keçirilir.

Çurkin həmçinin bildirib ki, Suriyada olan terror qruplaşmaları ötən il 1,9 milyon dollar dəyərində partlayıcı maddələr və kimyəvi preparatlar alıb.

“2015-ci il ərzində terrorçular Türkiyə vasitəsilə 2,5 min ton amonium-nitrat, 456 ton nitrat turşusu, 75 ton kalium, alüminium tozu və qliserin alıblar”, - sənəddə deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm