ABŞ “keçmişin səhvləri”ni düzəldir – Proqram bərpa edildi
Bizi izləyin

Dünya

ABŞ “keçmişin səhvləri”ni düzəldir – Proqram bərpa edildi

ABŞ Suriya müxalifətinin hərbi hazırlığı proqramını bərpa edir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın liderlik etdiyi Qərb koalisiyasının mətbuat katibi Stiven Uorren deyib.

Onun sözlərinə görə, keçmişin səhvləri nəzərə alınıb.

Qeyd edək ki, ABŞ Türkiyə və İordaniya ilə birlikdə 2015-ci ildə Suriya müxalifəti üçün döyüşçülər hazırlayırdı. Ancaq hərbi hazırlıq proqramı uğursuz nəticələr verdiyi üçün davam etdirilməyib.

“Mən nəticələrdən razı deyildim. Biz başqa yanaşmaları tapmaq barədə qərar verdik”, - ABŞ-ın müdafiə naziri Eşton Karter bildirmişdi.

Nazir qeyd edib ki, ABŞ-a 500 milyon dollara başa gələn proqram İŞİD-lə vuruşacaq quru qoşunları yaratmağa kömək etməyib. 23 sentyabr 2015-ci ildə çıxan informasiyaya görə, Türkiyədəki təlim düşərgələrində hazırlıq keçən Suriya müxalifətinin döyüşçüləri fərarilik edərək “Əl-Qaidə”yə qoşulublar. ABŞ Silahlı qüvvələrinin mərkəzi komandanlığı isə bu məlumatları təkzib edib. Ancaq sonradan Pentaqon təsdiq edib ki, amerikalılar tərəfindən hazırlanmış döyüşçülər təhlükəsiz dəhlizə əvəz olaraq döyüş sursatlarını “Ən-Nüsra” Cəbhəsinə veriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm