Ərdoğan Vaşintonda PKK-dan danışdı
Bizi izləyin

Dünya

Ərdoğan Vaşintonda PKK-dan danışdı

“PKK-nın “İslam Dövləti” qrupu ilə vuruşmasından söhbət belə gedə bilməz”.

Publika.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtondakı Brikinqs (Brookings) universitetində çıxış edərkən deyib. O bu məlumatın tam yalan olduğunu deyib və yezidilərin üzləşdiyi ağır vəziyyətə görə məhz PKK-nı günahlandırıb.

Ərdoğan martın 19-da İstanbulda 3 israilli turistin ölümü ilə nəticələnən partlayışdan da danışıb, buna görə İsrail hökumətinə başsağlışı verildiyini və yaralılara lazımı yardım göstərildiyini bildirib.

Ərdoğan deyib ki, “İslam Dövləti” qrupunun törətdiyi bu partlayışda hədəfdə təkcə İsrailli turistlər olmayıb.

“İslam Dövləti” qrupu hazırda Türkiyənin müxtəlif yerlərində fəaliyyət göstərir. Amma Türkiyə hökuməti bu qrupa qarşı mübarizəni davam etdirəcək, buna imkan verməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm