Obama: İrana vaxt lazımdır
Bizi izləyin

Dünya

Obama: İrana vaxt lazımdır

“İranın sanksiyaların götürülməsindən sonra yenidən qlobal iqtisadiyyata qoşulmasına vaxt lazım olacaq”.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama deyib.

“İranın dünya iqtisadiyyatına inteqrasiyası vaxt tələb edir, amma İran artıq yekun nüvə sazişindən sonra bunun bəhrəsini görməyə başlayıb”, - Obama vurğulayıb.

İranın ali dini lidri Ayətullah Əli Xameneyi bu yaxınlarda ABŞ-ı nüvə sazişinin şərtlərinə əməl etməməkdə günahlandırıb.

O bildirib ki, Vaşinqton sankisyaları kağız üzərində ləğv edib, əslində onlar işləyir.

Qeyd edək ki, aparıcı 6 dünya ölkəsi ilə İran arasında nüvə sazişi ötən ilin iyulunda imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm