PKK Türkiyədə hərbi hissəyə hücum etdi – 1 ölü, 11 yaralı - FOTOLAR
Bizi izləyin

Dünya

PKK Türkiyədə hərbi hissəyə hücum etdi – 1 ölü, 11 yaralı - FOTOLAR

PKK terrorçuları Türkiyənin Mardin əyalətinin Qızıltəpə bölgəsindəki hərbi bölməyə hücum ediblər.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, 300 kiloqram partlayıcı maddənin yükləndiyi maşınla terror hücumu nəticəsində bir nəfər ölüb, biri hərbçi olmaqla 11 nəfər yaralanıb.

Hadisə yerinə təhlükəsizlik və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Yaralılar Qızıltəpə Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm