Seçkidən sonra baş nazir istefaya getdi
Bizi izləyin

Dünya

Seçkidən sonra baş nazir istefaya getdi

2012-ci ildən bəri Fransanın baş naziri postunu tutan Jan Mark Ero istefa verib.

2012-ci ildən bəri Fransanın baş naziri postunu tutan Jan Mark Ero istefa verib.

Fransada seçki nəticəsinin hökumətin məğlubiyyəti olduğunu etiraf edən baş nazir istefaya getməli olub.

Prezident Fransua Olland bələdiyyə seçkilərində Sosialist partiyasının məğlubliyyətindən sonra belə bir addım atıb. Eronu Manuel Vals əvəzləyəcək. Prezident yeni hökumətin mübarizə hökuməti olacağını açıqlayıb: “Seçkidə xalqın mesajını aldım. Öz narazılığınızı ifadə etdiniz, belə olan halda Fransanın yenilənməsi qaçınılmazdır”.

Mark Eronun bir sıra islahatlar həyata keçridiyini xatırladan Olland yeni hökuməti Valsa həvalə etdiyini bildirib. O, yeni rəhbərliyin vergiləri azaldacağı anonsunu da verib.

Qeyd edək ki, martın 30-da Fransada bələdiyyə seçkilərinin ikinci turu keçirilib.

Fransua Ollandın partiyası ölkənin 58 şəhərində rəhbərliyi müxalif partiyalara uduzub. Fransanın paytaxtı Parisdə sosialist partiyasının namizədi Ann İdalqo qalib gəlib. O, Paris tarixində ilk qadın mer olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm