Ermənistan itkilərini etiraf etdi – İrəvana onlarla yaralı daşınır
Bizi izləyin

Dünya

Ermənistan itkilərini etiraf etdi – İrəvana onlarla yaralı daşınır

İşğalçı Ermənistan ordusunun bu gün cəbhədə yaralanmış onlarla hərbçisi İrəvandakı hərbi xəstəxanalara daşınır.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, bu gün cəbhədə yaralanmış onlarla hərbçinin Ermənistandakı hərbi xəstəxanalara daşınır.

"Erebuni" tibb mərkəzinin təcili yardım maşınları onlarla yaralını İrəvandakı "Murasan" hərbi hospitalına daşıyır. Xəbəri "Erebuni"nin mətbuat katibi Şuşan Unanyan da təsdiqləyib. O, bildirib ki, tibb mərkəzinin təcili yardım maşınları yaralı əsgərləri “Murasan” aparır.

Ötən gün yaralanmış hərbçilərin işğal olunmuş ərazilərdəki hərbi hospitala yerləşdirildiyi bildirilib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm