Əsədə ağır zərbə - 50 əsgəri və strateji diyarı itirdi
Bizi izləyin

Dünya

Əsədə ağır zərbə - 50 əsgəri və strateji diyarı itirdi

Suriyada fevral ayının 27-dən atəşkəs rejimi qüvvədə olmasına baxmayaraq, bir sıra cəbhələrdə rejim qüvvələri ilə müxalifət gücləri arasında döyüşlər davam edir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hələb şəhərinin cənubunda yerləşən Ays diyarı və diyarın ətrafında gedən döyüşlərdə hökumət qüvvələri ağır itki verib.

Məlumata görə, müxalifət gücləri 50-dən çox rejim əsgərini öldürüb. Rejim güclərinə qarşı aparılan əməliyyatların nəticəsində Dəməşq-Hələb yoluna yaxın ərazidə yerləşən strateji əhəmiyyətə sahib Ays diyarı ilə ətrafdakı təpələrə nəzarət ələ keçirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm