Keçmiş kəşfiyyat şefi: “Putinin ssenarisi...”
Bizi izləyin

Dünya

Keçmiş kəşfiyyat şefi: “Putinin ssenarisi...”

“2016-cı ildə Donbasda gərginliyin yeni mərhələsi başlayıb. Bu vəziyyətdə Ukrayna ən azından “Normandiya dördlüyü” səviyyəsində danışıqlara təşəbbüs etməlidir”.

Publika.az xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyatının Xidmətinin sabiq başçısı Nikolay Malomuj “Obozrevatel” kanalının canlı efirində deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin redaktə etdiyi Minsk razılaşmaları yalnız Moskvaya əlverişlidir.

“Putin öz ssenarisini hazırlayıb. Minsk razılaşmalarını özü redaktə edib və onu kifayət qədər müvəffəqiyyətli reallaşdırır. Putinin strategiyası münaqişəni konservləşdirməkdir. O, bunun üçün separatçıların nəzarəti altında seçkilərin keçirilməsini və federallaşmanı tələb edir”, - Malomuj qeyd edib.

O, vurğulayıb ki, Minsk formatı praktik olaraq heç nəyi həll etmir və yalnız manipulyasiyalar üçün Rusiyaya imkan verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm