Polis britaniyalı gənci güllələdi
Bizi izləyin

Dünya

Polis britaniyalı gənci güllələdi

Gənc britaniyalı, polis tərəfindən güllələndikdən üç gün sonra dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Guardian” qəzeti yayıb.

Məlumata görə, hadisə İngiltərənin şimal-şərqində yerləşən Saut-Şilds şəhərində baş verib.

Xəbər verilir ki, 24 yaşlı Ceyms Uilson küçədə silahlı dayandığı üçün ətrafdakı insanlar tərəfindən polis çağrılıb.

Polisin “silahı at” tələbinə əhəmiyyət verməyən gənc, atəşlə sinəsindən yaralanıb.

Xəstəxanaya aparılan gənc 3 gün sonra xəstəxanada həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm