
Paris şəhərinin meri ilk dəfə olaraq qadın seçilib. Lakin Anna Hidalqonun mənsub olduğu Sosialist Partiyası Fransada yerli bələdiyyələrə seçkilərin ikinci raundunda məğlubiyyətə uğrayıb.
Publika.Az "Amerikanın səsi"nə istinadən xəbər verir ki,
İspaniyada anadan olmuş Ann Hidalqo Fransa paytaxtının meri uğrunda
seçkilərdə mühafizəkar partiyanın namizədi üzərində qələbə
çalıb.
Hidalqo Paris şəhərinin bundan əvvəlki meri Bertrand Delanonun
müavini vəzifəsində çalışıb. Yeni inşaat layihəsinin icrası və
parisli ailələr üçün münasib qiymətlər əsasında uşaq bağçalarının
açılmasına dair vədləri ona qələbə gətirib.
Siyasi təhlilçilərin çoxu Parisin meri vəzifəsini Fransa
prezidentliyi istiqamətində mühüm bir addım kimi
qiytməndirir.
Özünün mer seçilməsinə baxmayaraq, Hidalqonun mənsub olduğu
Sosialist Partiyası Fransanın başqa şəhərlərində yaxşı nəticələr
göstərə bilməyib.
Seçkilər Fransada qeyri-populyar prezident Fransua Hollandın
hökuməti üçün sınaq kimi qiymətləndirilir.
Seçicilər iqtisadi durumdan və yüksək işsizlik səviyyəsindən
narazıdır.
Aydəmir