İran neft ixracını iki dəfə artırıb
Bizi izləyin

Dünya

İran neft ixracını iki dəfə artırıb

Sanksiyaların qaldırılmasından sonra İran ixrac etdiyi neftin həcmini iki dəfə artıb.

Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, sanksiyaların qaldırılmasından sonra İranın ixrac etdiyi neftin həcmi gündəlik 2 milyon bareli aşıb.

Xatırladaq ki, nüvə proqramı ilə bağlı 2012-ci ildə Avropa Birliyi tərəfindən tətbiq olunan sanksiyalar, iqtisadiyyatı neftə dayanan bu ölkəyə ciddi zərbə vurmuşdu. Sanksiyalardan əvvəl gündəlik 2 milyon barel neft ixrac edən İranın beynəlxalq bazara çıxardığı neftin həcmi yarıba-yarı düşmüşdü.

Lakin İranla P5+1 ölkələri arasında imzalanan nüvə razılaşmasından İran ilk etapda gündəlik hasilatı 2 milyon barelə yüksəltdi.

Neft ixrac edən bəzi ölkələr İranın hasilatı artırmasının neftin qiymətini daha da aşağı salacağından qorxur.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm