Ərdoğandan XOŞ XƏBƏR: “Qarabağ mütləq qayıdacaq”
Bizi izləyin

Dünya

Ərdoğandan XOŞ XƏBƏR: “Qarabağ mütləq qayıdacaq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ münaqişəsində Azərbaycana dəstəyini növbəti dəfə ifadə edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, prezident Türkiyənin lap əvvəldən Qarabağ münaqişəsində Azərbaycanın yanında olduğunu bildirib.

“Qarabağ yenidən mütləq Azərbaycanın olacaq. Türkiyə lap əvvəldən Qarabağ münaqişəsində Azərbaycanın yanında olub və bundan sonra da belə olacaq. Qarabağ mütləq əsl sahibinə qayıdacaq”, - Ərdoğan Ankarada Qırmızı Aypara Cəmiyyətinin qurultayında deyib.

Daha əvvəl isə Türkiyənin baş naziri Əhməd Davudoğlu və xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana dəstəyini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm