
“Ortada müzakirə ediləcək bir mövzu yoxdur. Bomba yüklü avtomobillərlə vətəndaşlarımızı hədəf alan terrorçuların qarşısında iki seçim var: ya təslim olacaqlar, ya da sıxışdırıldıqları deşiklərdə bir-bir zərərsizləşdiriləcəklər”.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan ölkənin cənubi-şərqində aparılan anti-terror əməliyyatlarını şərh edərkən deyib.
Ankarada keçirilən Qırmızı Aypara Cəmiyyətinin qurultayında çıxış edən Türkiyə prezidenti dinclik və rifah içində olan bir cənubi-şərqi Türkiyəni ortaya qoyacaqlarını söyləyib.
“Biz “PKK məsələsinin həlli” dedik, onlar aldatdılar. Bunların heç bir sözünə inanmaq olmaz. Hər şeyi bitirəcəyik”, - Ərdoğan vurğulayıb.
Ömər Dağlı