Avropa layihəni dirçəldir - Rusiya və Almaniya üz-üzə gəlir
Bizi izləyin

Dünya

Avropa layihəni dirçəldir - Rusiya və Almaniya üz-üzə gəlir

“Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerin martın sonu-aprelin əvvəllərində Özbəkistan, Qırğızıstan və Tacikistana səfərləri ilə faktiki olaraq 2006-2007-ci illərdə Avropa İttifaqının irəli sürdüyü “Mərkəzi Asiya strategiyası” layihəsinin dirçəlişinə başlayıb”.

Publika.az xəbər verir ki, bunu Rusiya politoloqu, Mərkəzi və Şərqi Avropa üzrə ekspert İvan Preobrajenski Almaniyanın "Deutche Welle" (DW) nəşri üçün yazdığı məqaləsində deyib.

Onun sözlərinə görə, Almaniya Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Təşkilatının (ATƏT) sədri kimi layihənin dirçəldilməsinə girişib.

“Ştaynmayer əmindir ki, Avropanın Mərkəzi Asiyada maraqları var. Və burada yalnız karbohidrogen ehtiyatlarının Avropaya çatdırılmasından deyil, həm də Çinə yeni quru tranzit marşrutundan söhbət gedir. Ştaynmayer “Mərkəzi Asiya strategiyası” layihəsinin motorudur. Kreml isə buranı şəxsi strateji maraqlar zonası kimi qiymətləndirir. Ancaq Ştaynmayer Rusiya hakimiyyətini kəskin tənqid etməyə hazır deyil. Axı o, Rusiyada əvvəlki kimi Moskvaya ən loyal Avropa siyasətçilərindən biri kimi qəbul edilir. Lakin Ştaynmayerin simpatiyası o demək deyil ki, Almaniya və bütovlükdə Avropa İttifaqı Kremlə etibar edir. Rusiya KİV-inə görə, Moskva Almaniya xarici işlər nazirinin Mərkəzi Asiya turnesinə əhəmiyyət verməmək barədə qərar verib”, - politoloq bildirib.

Amma ekspert hesab edir ki, mənafe konflikti göz qabağındadır: “Almaniyaya sabit Mərkəzi Asiya lazımdır. Berlin üçün rejimlərin tədricən demokratikləşməsinə arzuolunandır. Rusiya üçün isə bir hökmdarla razılaşmaq daha rahatdır. O, Mərkəzi Asiya dövlətlərinin istənilən xarici siyasət oyunlarına veto qoymaq hüququna malik olmaq istəyir. Bu, onun nöqteyi-nəzərinə görə, Rusiya cənub sərhədlərində təhlükəsizliyə təminat verir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm