“Putin təmas xəttində “sülhməramlılar”ı yerləşdirmək istəyəcək”
Bizi izləyin

Dünya

“Putin təmas xəttində “sülhməramlılar”ı yerləşdirmək istəyəcək”

“Dağlıq Qarabağda münaqişənin alovlanması hər şeydən əvvəl Rusiya üçün əlverişlidir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələri şərh edən Rusiya politoloqu və publisisti Andrey Piontkovski Ukraynanın “Apostrof” nəşrinə bildirib.

Onun fikrincə, Rusiya münaqişənin gərginləşməsindən istifadə edərək təmas xəttində “sülhməramlılar”ı yerləşdirmək istəyə bilər. Rusiya politoloqu hesab edir ki, bu həmçinin Moskvaya Gürcüstana nəzarət etməyə imkan verəcək.

“Qərbə xatırlatmaq Kremlin hədəflərindən biridir ki, onsuz dünya siyasətinin heç bir problemi həll edilə bilməz. Ermənistan Dağlıq Qarabağın ətrafında müdafiə zolağı yaratmaq üçün Dağlıq Qarabağdan başqa onun ətrafındakı yeddi rayonu işğal edib. Ermənistanın qarşısındakı əsas hərbi-siyasi məsələ Dağlıq Qarabağ ərazisində təhlükəsiz vəziyyət yaratmaqdır. Onlar sonrakı ekspansiyaya iddia etmirlər. Hərbi münasibətlərdə pat vəziyyəti yaranıb. Vəziyyəti gərginləşməsində Moskva daha maraqlıdır. Vladimir Putin ən böyük sülh yaradan kimi artıq bu regionda öz xidmətlərini təklif edib. Bu, artıq Moskvaya yalnız Azərbaycan və Ermənistan deyil, həmçinin Gürcüstan üzərində də nəzarət etməyə imkan verəcək. Bundan dərhal sonra Ermənistandakı Rusiyanın Gümrü bazasına dəhliz çəkilməsi məsələsi ortaya çıxacaq. Bu dəhliz isə Gürcüstandan keçir”, - politoloq deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm