Türkiyəyə gedən turistlərin sayı azalıb
Bizi izləyin

Dünya

Türkiyəyə gedən turistlərin sayı azalıb

Antalya Bölgəsi Hava limanı Mülkü İdarə Komandirliyi 2016-cı ilin mart ayı üzrə turizmlə bağlı məlumatları açıqlayıb. Məlum olub ki, 2013-cü ildən bu yana liderliyini qoruyan Almaniya mart ayında eniş yaşayıb. Belə ki, martda 109 min 189 alman turist Antalyaya səfər edib. 2015-ci ilin eyni ayında bu rəqəm 142 min 397 nəfər olmuşdu.

Publika.az xəbər verir ki, ikinci sırada gələn İrandan da Antalyaya səfər edənlərin sayı da azalıb. Keçən il Antalyaya 39 min 663 nəfər iranlı gəlmişdisə, bu ilin mart ayında həmin rəqəm 38 min 204 nəfər olub. İtkinin yaşandığı başqa ölkə İngiltərə olub. Keçən ilin mart ayında 18 min 182 ingilis turist gəlsə də cari ilin mart ayında həmin rəqəm 16 min 657 nəfərə düşüb. İsrail və Danimarkadan Antalyaya gələnlərin sayı artıb.

Antalya turizmi üçün hədəf bazar ölkələrdən biri Rusiyadır. Ruslar ilk onluğa daxil ola bilməyiblər. Rusiya 75 faiz itki ilə 13-cü sırada qərarlaşıb. 2015-ci ilin mart ayında 10 min 794, 2016-cı ilin mart ayında isə 2 min 653 rus Antalyaya dincəlməyə gəlib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm