• USD 1,7000 0,00% EUR 2,0024 0,00%
    • GBP 2,2562 0,00% RUB 0,0256 0,00%

İŞİD-in növbəti hədəfi AÇIQLANDI: 4 şəhər...

  • Dünya
  • 6 Aprel 2016 07:12
  • 1 459 Baxış
İŞİD-in növbəti hədəfi AÇIQLANDI: 4 şəhər...

“Buxarest, Budapeşt, Berlin və Varşava 2016-cı ilin iyulunda “İslam dövləti” terror təşkilatının hücumlarının hədəfi ola bilər”.

Publika.az xəbər verir ki, “Polşa” radiosunun verdiyi məlumata görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) Polşa Daxili Təhlükəsizlik Agentliyini xəbərdar edib.

Həmçinin qeyd edilir ki, oxşar siqnallar Qərbi Avropada ərəb təşkilatlarına yaxın kəşfiyyat mənbələrindən alınıb. CİA hesab edir ki, terror aktları 27-31 iyul tarixlərində, Ümumdünya Gənclər Günləri zamanı həyata keçirilə bilər.

Məlumata görə, aviareyslər, dəmir yolu və ya avtomobil nəqliyyatı, elektrik stansiyaları, əyləncə mərkəzləri, kinoteatrlar və əhalinin kütləvi toplandığı digər yerlər İŞİD-in hədəfi ola bilər.

Xatırladaq ki, KİV-in daha əvvəl yaydığı informasiyaya görə, İŞİD Avropada kimyəvi silahı tətbiq etməyə hazırlaşır.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>